Mart 01, 2017 17:26 Asia/Baku
  • İlham Əliyev
    İlham Əliyev

Pakistan İslam Respublikasının paytaxtı İslamabadda İqtisadi Əməkdaşlıq Təşkilatının XIII sammiti keçirilib.

APA-nın məlumatına görə, İslamabadda İqtisadi Əməkdaşlıq Təşkilatının XIII sammitində Azərbaycanın müsəlman ölkələri arasında həmrəyliyə xüsusi əhəmiyyət verdiyini deyən Azərbaycan prezidenti İlham Əliyev respublikada 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edildiyini bildirib, İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrə uğurlar arzulayıb.

prezident İlham Əliyev Pakistan İslam Respublikasının baş naziri Məhəmməd Nəvaz Şərifin İqtisadi Əməkdaşlıq Təşkilatının XIII sammitinin sədri seçildiyini elan edib, ona fəaliyyətində uğurlar arzulayıb.

Teqlər