24 iranlı məhbus Azərbaycandan İrana ekstradisiya olunub
-
Cavad Cahangirzadə
Azərbaycan Respublikası həbsxanalarında 24 iranlı məhbus bu gün Astara sərhədi vasitəsi ilə məhkumluq dövrünün qalan hissəsini çəkmək üçün İrana ekstradisiya olunub.
İRİB-in Bakıdakı Ofisinin bildiridyinə görə, İran İslam Respublikasının Azərbaycan Respublikasndakı səfiri Cavad Cahangirzadə deyib: Davamlı işlər və İran İslam Respublikası ədliyyə nazirinin Azərbaycan Respublikasına son səfəri və bu səfərdə bu ölkənin ədliyyə rəsmiləri ilə aparılan müzakirələrlə Azərbaycan prezidentinin İrana səfəri ərəfəsində iki ölkə məhbuslarının ekstradisiya razılaşmasının icrası istiqamətində bu gün 24 iranlı məhbus İrana ekstradisiya olunub və qalan məhbuslar ekstradisiyası üçün də səylər davam edir.
İranın Azərbaycandakı səfirliyinin konsulluq məsələləri üzrə məsul şəxsi Seyid Nasir Mircəmali də Azərbaycandakı iranlı məhbusların əksəriyyətinin cinayət və ittiham hallarının narkotik maddələri ilə əlaqədar olduğunu və Azərbaycana səfər etmək istəyən iranlılardan narkotik maddələr müttəhimləri ilə davranışda Azərbaycan hökumətinin sərt qanunları ilə tanış olaraq narkotik maddələr və psixiatrop dərmanları özləri ilə gətirməkdən çəkinmələrini və istənilən səbəbə naməlum şəxslərdən naməlum bağlamalar almamağı istəyib.
Məhkumların ekstradisiyası 23-cü mərhələ çərçivəsində baş tutub və 24 iranlı məhbusun İrana ekstradisiya olunması ilə ötən beş ildə Azərbaycandan İrana ekstradisiya olunan məhbusların sayı 214 nəfərə çatıb.