900-dən çox Azərbaycan vətəndaşı Suriya və İraq toqquşmalarında iştirak edib
https://azeri.sahartv.ir/news/azərbaycan-i261448-900_dən_çox_azərbaycan_vətəndaşı_suriya_və_İraq_toqquşmalarında_iştirak_edib
Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin(DTX) rəisi deyib: Suriya və İraq toqquşmalarında 900 Azərbaycan vətəndaşı terrorçu qrupların kənarında iştiraka malik olublar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 03, 2017 14:51 Asia/Baku
  • 900-dən çox Azərbaycan vətəndaşı Suriya və İraq toqquşmalarında iştirak edib
    900-dən çox Azərbaycan vətəndaşı Suriya və İraq toqquşmalarında iştirak edib

Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin(DTX) rəisi deyib: Suriya və İraq toqquşmalarında 900 Azərbaycan vətəndaşı terrorçu qrupların kənarında iştiraka malik olublar.

İRİB-in Bakı ofisinin verdiyi məlumata görə, "Terrorçuluğa, ekstremizmə və radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda keçirilən konfransda çıxış edən DTX sədri deyib ki, sözü gedən azərbaycanlıların əksəriyyəti Suriya və İraqdakı toqquşmalarda ölüblər. 

M.Quliyev deyib: Son illərdə Suriya və İraqda terrorçu fəaliyyətlərdə iştirak etdiklərinə görə 84 azərbaycanlı Azərbaycan qanunvericiliyi ilə cəzalandırılıb, 54 nəfər isə Azərbaycan vətəndaşlığından xaric edilib. 

Mədət Quliyev terrorizm və ifratçılığın dünya təhlükəsizliyi üçün ciddi təhdid olduğunu bildirərək deyib: Azərbaycan Respublikası Terrorizm və radikalizm ilə mübarizəni əhəmiyyətli hesab edir və bu sahədə üzərinə düşəni həyata keçirir. 

Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin rəisi deyib: Azərbaycanın yaxınlığında orta şərq və Mərkəzi Asiyada gedən prosseslər dünyanı terrorizm və radikalizm təhlükəsi ilə üz-üzə qoyub və hal hazırda İŞİD və digər terrorçu qruplar bəzi ölkələrin təhlükəsizliyini təhdid edirlər. 

DTX-nin digər rəsmisi Savad Mahmudov da bu konfransda etdiyi çıxışında deyib: Son altı ayda bu qurumun Bakı, Sumqayıt və Qusardakı əməliyyatları nəticəsində 9 ifratçı ünsür öldürülüb, 4 nəfər isə həbs edilib.