Astara - Astara dəmiryolu körpüsü sınaq istifadəsinə verildi
-
Astara - Astara dəmiryolu körpüsü sınaq istifadəsinə verildi
Azərbaycandan gələn qatar Astara - Astara dəmiryolu körpüsündən keçərək, İran İslam Respublikasına daxil oldu.
Astara şəhərinin icra başçısı Yunis Rənckeş Astara - Astara dəmiryolu körpüsünün sınaq istifadəsinə verilməsi əməliyyatının kənarında Səhər kanalı müxbirinə verdiyi müsahibədə deyib: İran İslam Respublikası və Azərbaycan respublikası arasında əldə olunmuş anlaşma çərçivəsində bu gün Astara - Astara dəmiryolu körpüsü sınaq istifadəsinə verilib və Azərbaycan Respublikasından gələn qatar bu dəmiryolu körpüsündən keçərək, İran İslam Respublikasına daxil olub.
Y.Rənckeş daha sonra İran Astarasında 600 metrlik bir məsafəyə dəmir yolu relsləsinin çəkilməsi əməliyyatının sürətlə yekunlaşmaqda olduğunu xatırladıb və deyib: Proqram əsasında Rəşt - Astara dəmiryolu layihəsinin təkmilləşdirilməsi əməliyyatı ən qısa zamanda həyata keçiriləcək və şimal-cənub nəqliyyət marşrutu ölkə iqtisadiyyatının inkişafına öz töhfəsini verməyə başlayacaq.
Astara şəhərinin icra başçısı Astara - Astara dəmiryolu layihəsinin İran və Azərbaycan əlaqələrində də önəmli təsirə malik olacağını bildirib.
İran İslam Respublikası və Azərbaycan Respublikası ötən ilin əvvəlində iqtisadi əlaqələrin inkişaf etdirilməsi məqsədi ilə iki ölkənin dəmir yolları şəbəkələrinin bir-birinə qovuşdurulması barədə razılığa gəldilər və Azərbaycan bu istiqamətdə 8 km-lik bir məsafəyə dəmir yolu relsinin çəkilməsi ilə öz dəmir yolu şəbəkəsini İran sərhədinə kimi uzatmış oldu. Bu layihənin davamında İran Astarası ərazisində 2.5 km-lik bir məsafəyə dəmir yolu relslərinin döşənməsi əməliyyatı həyata keçirilməkdədir. Bu layihə İran və Avrasiya arasında yeni bir körpü olacaq.