İlham Əliyev: İran və Azərbaycan arasındakı sıx əməkdaşlıq region üçün bir hədiyyədir
https://azeri.sahartv.ir/news/azərbaycan-i261588-İlham_Əliyev_İran_və_azərbaycan_arasındakı_sıx_əməkdaşlıq_region_üçün_bir_hədiyyədir
Azərbaycan prezidenti ölkəsi ilə İran İslam Respublikası arasındakı əlaqələrin sadəcə iki ölkə və xalqları üçün deyil, bütün region üçün faydalı olduğunu bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 05, 2017 13:14 Asia/Baku
  • İlham Əliyev: İran və Azərbaycan arasındakı sıx əməkdaşlıq region üçün bir hədiyyədir
    İlham Əliyev: İran və Azərbaycan arasındakı sıx əməkdaşlıq region üçün bir hədiyyədir

Azərbaycan prezidenti ölkəsi ilə İran İslam Respublikası arasındakı əlaqələrin sadəcə iki ölkə və xalqları üçün deyil, bütün region üçün faydalı olduğunu bildirib.

Azərbaycan prezidenti İlham Əliyev bu gün Tehranda İran İslam Respublikası prezidenti Həsən Ruhani ilə birgə mətbuat konfransında deyib: Bir daha dost və qardaş İran İslam Respublikasında səfərdə olduğuma görə çox şadam.

İ.Əliyev daha sonra İrana olan öncəki səfərlərinə işarə edib və deyib: Ötən ildən bəri 3 dəfə İrana səfər etmişəm və ötən 3 ildə İran prezidenti ilə 8 dəfə görüşümüz olub. Bu, iki ölkə əlaqələrindəki inkişafın bariz nümunəsidir və iki dost və qardaş ölkə əlaqələrinin qürurla inkişaf yolunda addımladığından xəbər verir.

İlham Əliyev daha sonra iki ölkə əlaqələrinin dərin tarixi, mədəni və dini köklərə malik olduğunu xatırladıb və deyib: Biz bu güclü bağlar sayəsində çox yaxşı münasibətlərin qurulmasına nail ola bilmişik.

Azərbaycan prezidenti sonra deyib:Siyasi əlaqələrimiz çox ali səviyyədədir və bütün beynəlxalq təşkilatlarda bir-birimizi himayə edirik.

Qarabağ münaqişəsinin həlli istiqamətindəki bütün səylərinə görə İrana təşəkkür edən Azərbaycan prezidenti, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ədalət və insaf prinsiplərinə uyğun olaraq həll edilməsində İranın Azərbaycanın mövqeyinə dəstək nümayiş etdirməsini yüksək qiymətləndirib. 

İ.Əliyev mətbiat konfransının davamında İran və Azərbaycan arasındakı iqtisadiəlaqələrə işarə edib və deyib: ötən ildən bəri iki ölkə arasındakı ticarət əlaqələrinin həcmi 70%-lik bir artımın şahidi olub. Bu, iki ölkə arasında əldə edilmiş anlaşmaların və imzalanan sənədlərin icrası nəticəsində mümkün olmuşdur. Bu gün İran və Azərbaycan arasında imzalanmış bütün sənədlər icra edilib və ya icra halındadır.

"Mənim İrana olan öncəki səfərim və cənab Ruhaninin Bakıya olan öncəki səfəri zamanı iki ölkə arasında 18 əməkdaşlıq sənədi imzalanmışdı. Bu gün də Tehranda 2 sənəd imzalandı. Bu isə iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi üçün möhkəm hüquqi baza yaratmış olub." deyə İlham Əliyev qeyd edib.

Daha sonra Azərbaycanda investisiya qoymağa başladığı üçün İrana təşəkkür edən prezident İlham Əliyev deyib: Cənab Ruhaninin də işarə etdiyi kimi, Azərbaycan Rəşt - Astara dəmiryolu layihəsinin icra edilməsi üçün öz maliyyə imkanlarını səfərbər edib. Və mənim ötən il elə burda söz verdiyim kimi, bu il artıq Azərbaycan qatarı Astara - Astara dəmiryolu körpüsündən keçərək, İrana daxil oldu.

İ.Əliyev şimal - cənub nəqliyyat marşrutunun önəminə təkid edərək, deyib: Hər iki ölkə şimal - cənub nəqliyyat marşrutunun tarixi önəm kəsb etdiyini dərk edir və bu layihə regionun inkişafında da mühüm təsirə malik olacaq.

Azərbaycan prezidenti daha sonra iki ölkə arasında enerji sahəsində də yaxşı əməkdaşlıqların olduğunu və iki ölkənin elektrik şəbəkələrinin bir-birinə birləşdirildiyini deyib.

"Neft və qaz sahəsində də sərmayə qoyuluşu üçün yaxşı fürsətlər mövcuddur. Və İran Şahdəniz yatağında sərmayə qoyan tərəflərdən biridir. Biz bu gün də müştərək yataqların istismarı barədə fikir mübadiləsi aparırıq." deyə İlham Əliyev qeyd edib.

Azərbaycan prezidenti birgə iqtisadi komissiyanın fəaliyyətinə işarə edib və deyib: Birgə iqtisadi komissiya son dərəcə aktivdir və iki ölkə prezidentlərinin göstərişlərini vaxtında və yüksək səviyyədə icra edir. 

İlham Əliyev daha sonra İran və Azərbaycan əlaqələrinin sadəcə iki ölkə dövləti və xalqları üçün deyil, bütün region ölkələri və xalqları üçün faydalı hesab edib və deyib: Bizim yaxın əlaqələrimiz regionda sabitliyin möhkəmlənməsinə mühüm töhfədir.

İ.Əliyev bu ilin Azərbaycanda İslami Həmrəylik ili elan edldiyinə toxunub və deyib: Biz İslam aləmində birlik və həmrəyliyi möhkəmləndirmək istəyirik. Biz öz milli, mənəvi və dini dəyərlərimizə çox sadiqik. 2 ay sonra Bakıda 4-cü İslam Həmrəylik Oyunları keçiriləcək. Bu sadəcə idman yarışı olmayacaq. Bu, İslam aləminin birləşməsi deməkdir. Mən əminəm ki, iranlı idmançılar bu yarışlarda böyük uğurlar qazanacaq və yüksək pillələrə qalxacaqlar.

Azərbaycan prezidenti birgə mətbuat konfransının sonunda Bakının İran - Azərbaycan əlaqələrinə xüsusi önəm verdiyini vurğulayıb və deyib: Biz bu əlaqələri yüksək qiymətləndiririk və bu günkü səfərim bu əlaqələrə böyük dəstək olacaq.