Rusiya və Azərbaycan Respublikası İranla əməkdaşlıqlara təkid ediblər
https://azeri.sahartv.ir/news/azərbaycan-i261774-rusiya_və_azərbaycan_respublikası_İranla_əməkdaşlıqlara_təkid_ediblər
Rusiya və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliklərinin rəhbərləri ölkələrinin İran İslam Respublikası ilə üç tərəfli əməkdaşlıqların genişləndirilməsində maraqlı olduqlarını bildiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 07, 2017 08:53 Asia/Baku
  • Rusiya və Azərbaycan Respublikası İranla əməkdaşlıqlara təkid ediblər
    Rusiya və Azərbaycan Respublikası İranla əməkdaşlıqlara təkid ediblər

Rusiya və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliklərinin rəhbərləri ölkələrinin İran İslam Respublikası ilə üç tərəfli əməkdaşlıqların genişləndirilməsində maraqlı olduqlarını bildiriblər.

İRİB-in verdiyi məlumata görə, Rusiya xarici işlər naziri Sergey Lavrov dünən Moskvada azərbaycanlı həmkarı Elmar Məmmədyarovla müştərək mətbuat konfransında Rusiya, Azərbaycan və İran prezidentlərinin 2016-cı ildə üçtərəfli Bakı görüşünə toxunaraq deyib: Bu görüş üç ölkənin iqtisadi əməkdaşlıqları və nəqliyyat infrasturukturlarının inkişafına əlverişli zəmin yaratmışdır. 

Bu mətbuat konfransında Azərbaycanın XİN başçısı Elmar Məmmədyarov da üç ölkə prezidentlərinin ötənilki görüşlərini xatırladaraq deyib: Üç ölkə arasında əməkdaşlıqlar regionda sabitliyin qarantıdır.

Azərbaycanın XİN başçısı üç ölkə prezidentlərinin Şimal-Cənub nəqliyyat dəhlizinin təkmilləşdirilməsinə təkidlərini xatırladaraq deyib: Bu mövzu Azərbaycan prezidentinin bazar günü İrana etdiyi səfərində də araşdırılmışdır.