Tehran, Bakı və Moskva dəmiryolu əməkdaşlığı üzrə memorandum imzaladılar
https://azeri.sahartv.ir/news/azərbaycan-i261856-tehran_bakı_və_moskva_dəmiryolu_əməkdaşlığı_üzrə_memorandum_imzaladılar
İran, Azərbaycan və Rusiya dəmir yolları müzakirə heyətləri çərşənbə axşamı Moskvada baş tutan üçtərəfli iclasın sonunda bir əməkdaşlıq sənədi imzalayıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 08, 2017 06:35 Asia/Baku
  • Tehran, Bakı və Moskva dəmiryolu əməkdaşlığı üzrə memorandum imzaladılar
    Tehran, Bakı və Moskva dəmiryolu əməkdaşlığı üzrə memorandum imzaladılar

İran, Azərbaycan və Rusiya dəmir yolları müzakirə heyətləri çərşənbə axşamı Moskvada baş tutan üçtərəfli iclasın sonunda bir əməkdaşlıq sənədi imzalayıblar.

İRNA-nın verdiyi məlumata görə, bu 3 tərəfli əməkdaşlıq sənədi İran, Azərbaycan və Rusiya arasında dəmir yolu əlaqələri üzrə mövcud olan proqram əsasında imzalanıb. 

Müzakirələrin gedilində İran İslam Respublikası Dəmir Yolları Şirkətinin rəyasət heyətinin üzvü Hüseyn Aşuri və şirkətin müdir müavini İbrahim Məhəmmədinin Azərbaycan və Rusiya tərəfi ilə müzakirələrində 2017-ci il üçün dəmir yolları tarifləri araşdırılıb. 

Rusiyanın ticarət və nəqliyyat şirkətləri ilə müştərək işgüzar görüş Moskvaya 3 günlük səfər etmiş İran heyətinin digər proqramlarından elan edilib. 

Moskvada səfərdə olan İran və Azərbaycan heyətləri həmçinin, Rusiya dəmir yollarına nəzarət və qatarların hərəkət marşrutları üzrə tədqiqat mərkəzinə də baxış keçirəcəklər. 

İran, Azərbaycan və Rusiya arasında əldə olunmuş anlaşma əsasında 3 ölkənin dəmir yolları şəbəkəsi Şimal-Cənub Nəqliyyat Marşrutu çərçivəsində bir-birinə qovuşmalıdır.