Fransa təmas xəttində gərginliyə görə cəza tədbirlərinin görüləcəyi ehtimalından xəbər verib
-
Fransa təmas xəttində gərginliyə görə cəza tədbirlərinin görüləcəyi ehtimalından xəbər verib
Fransa prezidenti Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gərginliklər ilə bağlı cəza tədbirlərinin nəzərə alınması ehtimalından xəbər verib.
FransPress-in Parisdən verdiyi məlumata görə, Fransua Uland dünən Ermənistan prezidenti Serj Serkisiyan ilə görüşdən sonra, son həftələr və aylar ərzində baş vermiş hadisələrin qarşısının alınmalı olduğunu bildirərək, sülhü pozan təşəbbüslərin qarşısını almaq və belə hallar baş verdikdə onun səbəbkarlarını cəzalandırmaq məqsədi ilə müəyyən tədbirlərin görülməsi ehtimalından xəbər verib.
Uland deyib: Fransa ATƏT-in Minsk qrupuna başçılıq edir və bu qrupun öhdəliyi Qarabağdakı toqquşmalara faydalı və davamlı həll yolu tapmaqdan ibarətdir.
Bu məlumata görə, Ermənistan prezidenti Serj Serkisiyan isə bu görüşdə toqquşmalara heç toxunmayıb və sadəcə Fransa ilə Ermənistan arasında iqtisadi əlaqələrin əhəmiyyətini vurğulayaraq deyib: Bu əlaqələr iki ölkənin siyasi əlaqələrinin bütün potensialı deyil.
Serkisiyan deyib: Ermənistan Fransa şirkətlərinin Avrasiya iqtisadi birliyi bazarlarına keçmələri eləcə də bu şirkətlərin İranla əlaqələrində əhəmiyyətli rol oynaya bilər.
Serkisiyan Fransaya səfərindən öncə beynəlxalq ictimaiyyəti Qarabağ üstündə geniş müharibənin qarşısının alınması üçün Azərbaycana təzyiq göstərməyə çağırmışdı.
Azərbaycanla Ermənistan qoşunlarının təmas xətində ötən aprel ayında baş verən toqquşmalar nəticəsində hər iki tərəfdən 110 nəfər həlak oldu.