Ukrayna ilə Azərbaycan R. arasında iqtisadi münasibətlər genişlənir
Mart 14, 2017 05:55 Asia/Baku
-
Ukrayna ilə Azərbaycan R. arasında iqtisadi münasibətlər genişlənir
Ukrayna və Azərbaycan Respublikası öz iqtisadi münasibətlərini genişləndirirlər.
Daxil olan məlumata görə, Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev və Ukraynanın baş naziri Vladimir Qroysman təyyarəqayırma, kimya sənayesi, kənd təsərrüfatı və turizm sahələrində əməkdaşlıqların inkişaf etdirilməsi haqda razılığa gəliblər.
Bu görüşdə Ukraynada ticarət atmosferinin yaxşılaşmasına toxunan Qroysman azərbaycanlı investorları bu ölkədə sərmayə yatırmağa dəvət edib.
Mustafayev də vurğulayıbdır ki, Bakı Ukraynada ixracat və investisiya səviyyəsini yüksəltmək niyyətindədir və bu üzdən, həmin ölkədə ticarət evi açmağı planlaşdırır.