Azərbaycan R. Abxaziya parlament seçkilərininin nəticələrini tanımır
Mart 14, 2017 07:55 Asia/Baku
-
Azərbaycan R. Abxaziya parlament seçkilərininin nəticələrini tanımır
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bildirib ki, Bakı Abxaziya qondarma respublikasında keçirilmiş parlament seçkilərinin nəticələrini tanımır.
Virtualaz.org saytının məlumatına görə, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bir bəyanatda Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyərək bildirib ki, Abxaziya qondarma respublikasının istiqlaliyyəti və martın 12-də bu məntəqədə keçirilmiş parlament seçkilərinin nəticələrini tanımır.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmçinin bu seçkiləri saxta adlandırıb.
Rusiya 2008-ci ildə Gürcüstanla hərbi döyüşlərdən sonra Abxaziya və Cənubi Osetiyanın istiqlaliyyətlərini rəsmi şəkildə tanıdı və bu məntəqələrlə diplomatik əlaqələr qurdu.