Maide internet portalının baş redaktorunun həbsinə etiraz
https://azeri.sahartv.ir/news/azərbaycan-i262562-maide_internet_portalının_baş_redaktorunun_həbsinə_etiraz
Rusiyanın Sankt-Peterburq şəhərində yaşayan Azərbaycan vətəndaşları Maide internet portalının baş redaktoru və tanınmış ruhaninin həbsinə etiraz olaraq Azərbaycan konsulluğunun önünə toplaşıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 15, 2017 13:38 Asia/Baku
  • Maide internet portalının baş redaktorunun həbsinə etiraz

Rusiyanın Sankt-Peterburq şəhərində yaşayan Azərbaycan vətəndaşları Maide internet portalının baş redaktoru və tanınmış ruhaninin həbsinə etiraz olaraq Azərbaycan konsulluğunun önünə toplaşıblar.

Maide internet portalının məlumatına görə, onlar bəyanat verərək Hacı Sərdar Hacıhəsənlinin azad olunmasını istəyiblər. 

Hacı Sərdar Hacıhəsənli ötən fevralda Masalı şəhər icra hakimiyyətinin şikayəti ilə yüzlərlə namaz qılanla cümə namazı qıldığına görə həbs olunub. 

Azərbaycan Milli Məclisinin yenu qanununa əsasən Azərbaycandan kənarda dini mədrəsə və hövzələrdə təhsil alanların bu ölkədə təbliğ etmək haqqı yoxdur. 

İndiyə qədər bir çox dini fəal, islam təşkilatları, o cümlədən AİP, Dini Etiqad və Vicdan Azadlığı Müdafiə Mərkəzi, həmçinin çoxlu sayda tanınmış Rusiya ruhanisi dini təbliğat haqda Azərbaycan Milli Məclisinin yeni qanunun ədalətsiz olmasına reaksiya veriblər.