Bakıda boks rəqabətlərində 4 iranlı boksçu yarım final mərhələsinə vəsiqə qazanıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i262670-bakıda_boks_rəqabətlərində_4_iranlı_boksçu_yarım_final_mərhələsinə_vəsiqə_qazanıb
Bakıda boks üzrə ipək yolu beynəlxalq yarışların ikinci günündə İran İslam Respublikasından 2 boksçunun qələbə qazanması ilə, İran yığmasından bu rəqabətlərin yarım final mərhələsinə vəsiqə qazanan boksçuların sayı 4 nəfərə çatıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 16, 2017 12:13 Asia/Baku
  • Bakıda boks rəqabətlərində 4 iranlı boksçu yarım final mərhələsinə vəsiqə qazanıb
    Bakıda boks rəqabətlərində 4 iranlı boksçu yarım final mərhələsinə vəsiqə qazanıb

Bakıda boks üzrə ipək yolu beynəlxalq yarışların ikinci günündə İran İslam Respublikasından 2 boksçunun qələbə qazanması ilə, İran yığmasından bu rəqabətlərin yarım final mərhələsinə vəsiqə qazanan boksçuların sayı 4 nəfərə çatıb.

İRİB-in verdiyi məlumata görə, rəqabətlərin ikinci günündə 75 kq çəki dərəcəsində Şahin musəvi ukraynalı rəqibi üzərində qələbə qazanıb. 91 kq çəki dərəcəsində isə İman Ramazanpur Azərbaycan Respublikasından olan rəqibini əməğlub edib. 

Rəqabətlərin ikinci günündə Səccad Məhəmmədpur Azərbaycanlı qəqibinə, Dana ismayılpur və Səccad Kazımpur isə özbək rəqiblərinə məğlub olaraq rəqabətlərdən uzaqlaşıblar. 

İranın boks yığmasının baş məşqçisi Əli Məzahiri bu yarışların dünyanın boks üzrə güclü ölkələrinin iştirakı ilə keçirildiyinə görə yüksək səviyyədə olduğunu xatırladaraq deyib: yarışların ikinci günündə əldə olunan nəticələrə görə İran yığmasının 8 boksçusundan 4-ü yarışlardan uzaqlaşdırılıb, 4-ü isə yarım final mərhələsinə vəsiqə qazanıb.