İran-Azərbaycan R. iqtisadi komissiyası həmsədrlərinin görüşü
https://azeri.sahartv.ir/news/azərbaycan-i262752-İran_azərbaycan_r._iqtisadi_komissiyası_həmsədrlərinin_görüşü
İran-Azərbaycan Respublikası İqtisadi Əməkdaşlıqlar Komissiyasının iranlı həmsədri Bakıda öz azəri həmkarı ilə iki ölkə əməkdaşlıqlarının genişləndirilməsi barədə danışıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 17, 2017 06:57 Asia/Baku
  • İran-Azərbaycan R. iqtisadi komissiyası həmsədrlərinin görüşü

İran-Azərbaycan Respublikası İqtisadi Əməkdaşlıqlar Komissiyasının iranlı həmsədri Bakıda öz azəri həmkarı ilə iki ölkə əməkdaşlıqlarının genişləndirilməsi barədə danışıb.

IRNA-nın məlumatına görə, İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaizi Azərbaycan Respublikası prezidenti İlham Əliyevin son Tehran səfərində əldə olunmuş razılaşmaların izlənilməsi məqsədilə dünən axşam Bakıya daxil olub.

Vaizi bu ikigünlük səfəin ilk günündə İran-Azərbaycan Respublikası İqtisadi Əməkdaşlıqlar Komissiyasının azəri həmsədri Şahin Mustafayev ilə görüşüb. O, Azərbaycan Respublikası prezidenti İlham Əliyevin son Tehran səfərinə və onun münasibətlərin yüksəlişi üçün olan önəminə toxunaraq, İran dövlətinin iradəsinin ikitərəfli həmkarlıqların inkişafına kökləndiyini qeyd edib.

İranın rabitə və informasiya texnologiyaları naziri deyib: Azərbaycan Respublikası prezidentinin İslam İnqilabının Böyük Rəhbəri ilə görüşü zamanı elan olunduğu kimi iki ölkə əlaqələrinin bütün sahələrdə inkişafı üçün böyük imkanlar mövcuddur və iki ölkə xalqlarının rifahı və təhlükəsizliyinin yüksəldilməsi məqsədilə imkan daxilində bu mövcud imkanlardan istifadə olunmasına çalışmaq gərəkdir.

Vaizi habelə iki qonşu ölkənin dəmiryolu xətlərinin Astarada qovuşmasından razılıq edərək, şimal-cənub dəhlizi istiqamətində əmtəə malın kombinə edilmiş formada nəqlinin yaxın gələcəkdə işə salınacağından xəbər verib.

Görüşdə iki tərəf Rəşt-Astara dəmiryolu xüsusiyyət təşkil etməklə qarşılıqlı dəmiryolu əməkdaşlıqlarının surətləndirilməsini vurğulayıb. Tərəflər Azərbaycan Respublikasında dərman və avtomobil zavodlarının inşası üzrə birgə layihələrin icrasının başlanması sahəsindəki uğurlu təcrübəyə əsasən, digər sahələrdə daha artıq ortaq layihələrin icrasını istəyiblər. 

İran-Azərbaycan Respublikası İqtisadi Əməkdaşlıqlar Komissiyasının iranlı həmsədri Azərbaycan Respublikasına səfərinin ilk günündə həmçinin bu ölkənin fövqəladə hallar naziri Kəmaləddin Heydərov ilə görüşüb.