Azərbaycanın çətin Almaniya sınağı
-
Azərbaycanın çətin Almaniya sınağı
Futbol üzrə Rusiyada keçiriləcək 2018 Dünya Çempionatının seçmə turu çərçivəsində Avropada Azərbaycan son çempion Almaniyanı qəbul edəcək.
Matç Bakı vaxtı ilə saat 21:00-da Tofiq Bəhramov adına stadionda baş tutacaq.
Yaşıl qitədə C qrupuna liderlik edən Almaniya yığması keçirdiyi dörd oyundan qalib ayrılıb.
Azərbaycan yığması isə keçirdiyi matçlarda 2 qələbə, bir heç-heçə və bir məğlubiyyət alıb.
İndiyə qədər Almaniya yığması ilə qarşılaşmalarda məğlub olmuş Azərbaycan millisi bu dəfə sensasiyaya imza atmaq niyyətindədir.
Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Almaniya ilə matçdan öncə mətbuat konfransında deyib: Almaniya yığması üzvlərinin yalnız taktiki-texniki yox, fiziki durumları da çox güclüdür. Komandama tapşırıq vermişəm. Əks-hücum da olacaq, başqa yolu da var. Elə edəcəyik ki, rəqib bizə asanlıqla oyun sərgiləməsin.
Xorvat mütəxəssis əlavə edib: Komandamızın məşq prosesinə söz ola bilməz. Onların hamısının fiziki durumundan razıyam. Motivasiyaya gəldikdə, belə rəqibə qarşı oynamaqdan güclü motivasiya ola bilməz. Ona görə də futbolçularıma bu barədə danışmağa ehtiyac yoxdur. Dünyada 100-dək ölkə yığması var ki, Almaniyadan xal almağı arzulayır. Biz də bunun üçün çalışacağıq.