Azərbaycan Ermənistan prezidentinin işğal edilmiş ərazilərə səfərinə etiraz etdi
https://azeri.sahartv.ir/news/azərbaycan-i263818-azərbaycan_ermənistan_prezidentinin_işğal_edilmiş_ərazilərə_səfərinə_etiraz_etdi
Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan prezidentinin Azərbaycanın işğal edilmiş ərazilərinə səfər etməsinə etiraz edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 28, 2017 11:10 Asia/Baku
  • Azərbaycan Ermənistan prezidentinin işğal edilmiş ərazilərə səfərinə etiraz etdi

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan prezidentinin Azərbaycanın işğal edilmiş ərazilərinə səfər etməsinə etiraz edib.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Ermənistan prezidentinin Azərbaycanın işğal edilmiş ərazilərinə səfəri qeyri-qanunidir və Azərbaycan bu məsələyə etiraz olaraq ATƏT üzv dövlətlərinə, ATƏT-in Daimi Şurasının sədrinə, ATƏT-in katibliyinə və müvafiq təsisatlarına məktub ünvanlayıb.

Məktubda deyilir: “Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, ATƏT-ın sənəd və qərarlarının pozaraq, Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində tabor səviyyəsində genişmiqyaslı hərbi təlimlər keçirib. Ermənistan tərəfindən bu səpkidə olan və təkrarlanan təxribatlara qarşı lazımı reaksiyanın verilməməsi sülh prosesinə ciddi zərbə olaraq gözlənilməz fəsadlar doğura bilər ki, bunun da məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.

Ermənistan prezidenti Azərbaycanın işğal edilmiş ərazilərinə səfəri zamanı deyib: "Bu gün Ermənistan Ali Baş Komandanı gözünü belə qırpmadan lazım olacağı təqdirdə, İsgəndər raketləri ilə zərbə endirmək əmri verəcək. Qonşu dövlət bunu çox yaxşı bilir”