Azərbaycan Müdafiə Nazirliyi Sarkisyanın təhdidlərinə sərt reaksiya verdi
https://azeri.sahartv.ir/news/azərbaycan-i263828-azərbaycan_müdafiə_nazirliyi_sarkisyanın_təhdidlərinə_sərt_reaksiya_verdi
Azərbaycan Respublikası Müdafiə Nazirliyi Ermənistan prezidentinin Azərbaycana qarşı "İsgəndər" ballistik raketlərindən istifadə barədə səsləndirdiyi bəyanata kəskin reaksiya verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 28, 2017 12:11 Asia/Baku
  • Azərbaycan Müdafiə Nazirliyi Sarkisyanın təhdidlərinə sərt reaksiya verdi

Azərbaycan Respublikası Müdafiə Nazirliyi Ermənistan prezidentinin Azərbaycana qarşı "İsgəndər" ballistik raketlərindən istifadə barədə səsləndirdiyi bəyanata kəskin reaksiya verib.

İslamazeri.az internet portalının verdiyi məlumata görə, Ermənistan prezidenti Serj Sarkisyan şənbə günü Azərbaycanın işğal edilmiş ərazilərinə səfəri zamanı Azərbaycanı "İsgəndər" ballistik raketləri ilə hədələyib.

Azərbaycan Müdafiə Nazirliyi isə buna reaksiya olaraq Sarkisyanın bu açıqlamasının seçki ərəfəsində olan Ermənistanda ümumi fikrin diqqətinin cəlb edilməsinə hesablandığını bildirib.

"İsgəndər" raket sistemi 2 ədəd orta mənzilli ballistik raketə malikdir və eyni zamanda iki müxtəlif hədəfə doğru atəş açmaq imkanına malikdir. Bu raketlər minimum 50 km və maksimum 400 km məsafədə yerləşən hədəfləri vurmağa qadirdir.