Mart 30, 2017 13:47 Asia/Baku
  • İran səfirliyi Tehran-Bakı əlaqələrinə xələl gətirmək istəyən cəhdlərə reaksiya verib
    İran səfirliyi Tehran-Bakı əlaqələrinə xələl gətirmək istəyən cəhdlərə reaksiya verib

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi bildirib ki, İranın Azərbaycanın ərazi bütövlüyünü himayə üzrə dəyişməz siyasəti bir mənalıdır.

İRNA-nın verdiyi məlumata görə, İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Məhəmmədrza Nəcəfi bu gün Azərbaycan mediyalarının bir iranlı sənətkarın Dağlıq Qarabağa səfəri barədə yaydıqları məlumatlara münasibət bildirərək deyib: Etibarsız və yanlış məlumatlar Tehran-Bakı əlaqələrini əngəlləmək və ümumi fikri yayındırmaq məqsədi güdür və İran bu kimi cəhdləri pisləyir. 

Məhəmmədrza Nəcəfi deyib: Novruz bayramı günlərində İrandan Azərbaycanla Ermənistan arasında münaqişəli məntəqəyə heç bir rəsmi sənətkar qrupu səfər etməyib. 

Teqlər