Rusiya Bakı və İrəvan başçılarının görüşünə reaksiya verib
https://azeri.sahartv.ir/news/azərbaycan-i264162-rusiya_bakı_və_İrəvan_başçılarının_görüşünə_reaksiya_verib
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Azərbaycan Respublikası və Ermənistan xarici işlər nazirlərinin qarşıdakı Moskva görüşündən xəbərsiz olduğunu bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 31, 2017 07:00 Asia/Baku
  • Rusiya Bakı və İrəvan başçılarının görüşünə reaksiya verib
    Rusiya Bakı və İrəvan başçılarının görüşünə reaksiya verib

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Azərbaycan Respublikası və Ermənistan xarici işlər nazirlərinin qarşıdakı Moskva görüşündən xəbərsiz olduğunu bildirib.

Trend xəbər agentliyinin məlumatına görə, Mariya Zaxarova özünün həftəlik brifinqində deyib ki, Moskvanın Azərbaycan Respublikası və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov ilə Eduard Nalbandyanın qarşıdakı Moskva görüşündən xəbəri yoxdur.

ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Riçard Haqlend çərşənbə axşamı günü İrəvanda keçirdiyi mətbuat konfransında demişdi ki, onun Azərbaycan Respublikası və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov ilə Eduard Nalbandyan ilə növbəti görüşü Moskvada keçiriləcək.

Haqlendin sözlərinə görə, həmin görüş Azərbaycan Respublikası və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın müzakirələri üçün proqramlaşdırma hədəfilə keçiriləcək.

ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri bu görüşün dəqiq vaxtına işarə etmədən deyib ki, həmin iclas aprel ayına planlaşdırılıbdır.