"İlahiyyat" məscidi ilə bağlı şok qərar - Bu gün son cümə namazı qılınacaq
-
\"İlahiyyat\" məscidi ilə bağlı şok qərar - Bu gün son cümə namazı qılınacaq
Bu gün Bakıda yerləşən “İlahiyyat” məscidində son cümə namazıdır."Qaynar" saytı yeniçağ.az-a istinadla xəbər verir ki, müvafiq qurumlar tərəfindən məscidə bu həftə son cümə namazının keçiriləcəyinin elan edilməsi təlimatı verilib.
Xəbərdə deyilir ki, uzun illərdən bəri dindar əhalinin ən sıx cümə namazı qıldığı məscidlə bağlı qərar verilib. Qərara əsasən, ilkin olaraq, cümə namazı qadağan ediləcək.
Bu qərar dindarlar tərəfindən ciddi narazılıqla qarşılanıb və narazılığın bugünkü cümə namazından sonra daha da artacağı gözlənilir.
1992-ci ildən bəri davamlı olaraq, cümə namazının qılındığı məscidə bu qadağa faktiki olaraq, məscidin bağlanması anlamına gəlir.
Bundan öncə Bakı Dövlət Universiteti ərazisində yerləşən məscidə ayrılan torpaq sahəsinin bir qismi geri alınmışdı. Tələbə yataqxanalarının sökülməsindən sonra həmin ərazidə Yasamal rayon icra hakimiyyətinin rəhbərliyi ilə BDU rektorunun ortaq proyekt üzərində işlədiyi də iddia olunur. Bu səbəbdən də, məscid rəhbərliyinə cümə namazının qadağan edildiyi və bir müddət sonra tamamən bağlanmasına dair tədbir görüldüyü vurğulanmaqdadır.
Qeyd edək ki, Bakıdakı “Şəhidlər” məscidi 2009-cu ildə “təmir”ə bağlandı. Uzun illər sonra “Şəhidlər” “təmir”dən qurtarsa da, hələ də orada nə azan verilir, nə də cümə namazı qılınır.