Azərbaycan R. prezidentinin Ermənistana hədələyici cavabı
-
Azərbaycan R. prezidentinin Ermənistana hədələyici cavabı
Azərbaycan Respublikası prezidenti öz erməni həmkarının təhdidləri qarşılığında ona hədələyici cavab verib.
AzərTac-ın məlumatına görə, İlham Əliyev münaqişəli Qarabağ məntəqələrinə səfərdə 2016-cı il aprel döyüşlərinin ildönümü günü mərasimində deyib: Bakı Serj Sarkisyanın çıxışlarında etika prinsiplərinə riayət edilməsini istəyir.
Əliyev deyib ki, Ermənistan prezidenti öz çıxışları ilə rəsmi Bakının səbir kasasını sınayır. O, əlavə edib: Azərbaycan Respublikası ordusu 2016-cı ilin aprel döyüşlərində öz hərbi imkanlarının cüzi bir hissəsini nümayiş etdirdi və lazım gələrsə, bu ordu özünün bütün qabiliyyətlərini nümayiş etdirəcək.
Azərbaycan Respublikası prezidenti bu ölkə hökumətinin hərbi imkanlarını dilə gətirib, modern müdafiə və hücum texnikalarına malik olduğunu bildirərək, öz erməni həmkarını etik və hərbi prinsiplərə riayətə çağırıb.
Qeyd edək ki, Ermənistan prezidenti Serj Sarkisyan ötən şənbə günü Qondarma Qarabağ Respublikasına səfərində Azərbaycan Respublikasını "İsgəndər" ballistik raketlərindən istifadə ilə hədələyib və deyib ki, lazım gələrsə, bu raketlərdən istifadə edəcəkdir.