BMT Qarabağ sülh müzakirələrinin bərpa edilməsini istədi
BMT baş katibinin xüsusi nümayəndəsi Qarabağ sülh müzakirələrinin bərpa edilməsini istədi.
İTAR TASS bildirir ki, BMT baş katibinin birinci müavininin rəsmi nümayəndəsi olan Fərəhan Həqq deyib: BMT Azərbaycan və Ermənistan başçılarını müzakirə masasına qayıtmağa dəvət edir.
Fərəhan Həqq əlavə edib: BMT Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttindəki gərginliyin azaldılması üzrə olan səyləri himayə edir və tərəfləri siyasi kompramisə dəvət edərək, regionda sülh və dostluğun bərqərar edilməsi üçün müzakirələrin davam etdirilməsinə çağırır.
Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağın mülkiyyəti ilə bağlı münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası ilə başlandı və 1992-ci ildə münaqişə Ermənistanın Azərbaycan ərazilərinə hərbi təcavüzü ilə nəticələndi.
1994-cü ildə tərəflər arasında atəşkəs elan olundu. Bu müddət ərzində ATƏT-in Minsk qrupu Rusiya, Amerika və Fransanın başçılığı ilə münaqişənin həllində vasitəçi rolu öz üzərinə götürüb. Amma, indiyə kimi münaqişənin həlli istiqamətində heç bir müsbət addım atmayıb.