İlham Əliyev: Düşmənin istənilən strateji və hərbi obyektini məhv etməyə hər an hazırıq
https://azeri.sahartv.ir/news/azərbaycan-i264284-İlham_Əliyev_düşmənin_istənilən_strateji_və_hərbi_obyektini_məhv_etməyə_hər_an_hazırıq
Azərbaycan Respublikası prezidenti İlham Əliyev aprel qələbələrinin ildönümü ilə əlaqədar bir qrup hərbçi ilə görüşündə bu gün Ermənistan rəhbərliyinin öz təxribatçı fəaliyyətini davam etdirdiyini söyləyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 01, 2017 13:19 Asia/Baku
  • İlham Əliyev: Düşmənin istənilən strateji və hərbi obyektini məhv etməyə hər an hazırıq

Azərbaycan Respublikası prezidenti İlham Əliyev aprel qələbələrinin ildönümü ilə əlaqədar bir qrup hərbçi ilə görüşündə bu gün Ermənistan rəhbərliyinin öz təxribatçı fəaliyyətini davam etdirdiyini söyləyib.

İlham Əliyev bildirib ki, aprel döyüşlərindən sonra Ermənistan rəhbərliyi bir müddət təşviş, qorxu içində idi. İndi elə bil ki, o stressdən bir qədər çıxmağa çalışır və yenə də cəfəng bəyanatlar verir, bizi hədələməyə, hansısa silahlarla qorxutmağa çalışır. Bizim buna gülməyimiz gəlir. Çünki onlar yaxşı bilməlidirlər və bilirlər, bu gün Azərbaycan Ordusu o qədər güclüdür ki, bu gün bizim o qədər güclü texnikamız, silah-sursatımız, müasir silahlarımız var ki, düşmənin istənilən strateji və hərbi obyektini məhv etməyə hər an hazırıq. Onlar bunu bilir və bilməlidirlər, elə bir strateji və hərbi hədəf yoxdur ki, biz onu məhv edə bilməyək.