Qazaxıstan prezidenti Azərbaycana səfər edib
Apr 03, 2017 16:33 Asia/Baku
Qazaxıstan prezidenti rəsmi səfər çərçivəsində Azərbaycan Respublikası paytaxtı Bakıya gəlib.
Qazaxıstan prezidenti bazar ertəsi günü rəsmi heyətin müşayiəti ilə Azərbaycanın Heydər Əliyev hava limanına daxil olub və Azərbaycanın baş nazirinin müavini və digər rəsmilər tərəfindən qarşılanıb.
Azərbaycan prezidenti İlham Əliyev qazaxıstanlı həmkarı Nursultan Nazarbayevlə Bakıda ikitərəfli əməkdaşlıqların inkişaf etdirilməsi yollarını araşdırıb.