Azərbaycan və Türkiyə Rusiyada törədilən terror aktını qınadılar
https://azeri.sahartv.ir/news/azərbaycan-i264518-azərbaycan_və_türkiyə_rusiyada_törədilən_terror_aktını_qınadılar
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi bir bəyanat yayaraq, Sankt Peterburqda bir metro stansiyasında törədilən terror aktını qınayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 04, 2017 06:09 Asia/Baku
  • Azərbaycan və Türkiyə Rusiyada törədilən terror aktını qınadılar
    Azərbaycan və Türkiyə Rusiyada törədilən terror aktını qınadılar

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi bir bəyanat yayaraq, Sankt Peterburqda bir metro stansiyasında törədilən terror aktını qınayıb.

Azər Nyus-un verdiyi məlumata görə, Azərbaycanın Xarici İşlər Nazirliyi bazar ertəsi günü axşam bir bəyanat yayaraq, beynəlxalq ictimaiyyətin terrorizm ilə mübarizə üzrə səylərinə dəstək verib. 

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu da dünən Rusiyanın Sankt Peterburq şəhərində bir metro stansiyasında törədilən terror aktını kəskin formada qınayıb. 

Rusiya prezidenti Vladimir Putinin Sankt Peterburqda yerli və regional jurnalistlərin iclasında iştirakı zamanı törədilən bu terror aktında 10 nəfər həlak olub, 50 nəfər isə yaralanıb.