Sankt-Peterburqda törədilən terror aktında bir azərbaycanlı həyatını itirib
https://azeri.sahartv.ir/news/azərbaycan-i264574-sankt_peterburqda_törədilən_terror_aktında_bir_azərbaycanlı_həyatını_itirib
Sankt-Peterburqda metroda törədilən partlayış nəticəsində bir azərbaycanlı ölüb. Bu barədə Azərbaycanın Sankt-Peterburqdakı konsulluğu məlumat verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 04, 2017 09:57 Asia/Baku
  • Sankt-Peterburqda törədilən terror aktında bir azərbaycanlı həyatını itirib
    Sankt-Peterburqda törədilən terror aktında bir azərbaycanlı həyatını itirib

Sankt-Peterburqda metroda törədilən partlayış nəticəsində bir azərbaycanlı ölüb. Bu barədə Azərbaycanın Sankt-Peterburqdakı konsulluğu məlumat verib.

 

Baş konsul Soltan Qasımov bildirib ki, həlak olan bir gənc xanım, təxminən 20 yaşlarında olan, Rusiyada doğulmuş və Rusiya vətəndaşı olan Dilbər Əliyevadır.

O, partlayışdan sonra yerləşdirildiyi xəstəxanada vəfat edib.

Qasımov digər yaralanmış azərbaycanlının hazırda xəstəxanada olduğunu deyib.

Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, 1989-cu il təvəllüdlü Zaur Vəliyev Müşviq oğlu   Canelidze adına Elmi Tədqiqat İnstitutunda yerləşdirilib.

Bazar ertəsi günorta saatlarında Sankt-Peterburq şəhərində iki metro stansiyası arasında baş vermiş partlayışda azı 65 nəfərin xəsarət aldığı bildirilir.

Hadisə zamanı 14 nəfərin həlak oldu, 51 nəfərin isə yaralandığı bildirilir.