Sabirabadda qatar avtomobili vurdu; 2 nəfər ölüb, bir nəfər yaralanıb
Apr 05, 2017 09:19 Asia/Baku
-
Sabirabadda qatar avtomobili vurdu; 2 nəfər ölüb, bir nəfər yaralanıb
Azərbaycan Respublikasının Sabirabad rayonunda qəza hadisəsi baş verib. Belə ki, qatar bir avtomobili vurub. Nəticədə 2 nəfər həlak olub, bir nəfər də yaralanıb.
İRİB-in Bakıdakı Nümayəndəliyinin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə istinadla verdiyi məlumata görə, hadisə yerli vaxtla saat 05:49 dəqiqədə Sabirabad rayonunun Osmanlı kəndində baş verib. Nəticədə Qaz-31 markalı avtomobilin iki sərnişini həlak olub, bir nəfər də yaralanıb.
Yaralı Şirvan Şəhər Xəstəxanasına aparılıb.