İran və Azərbaycan arasında turizm əməkdaşlıqları
-
İran və Azərbaycan arasında turizm əməkdaşlıqları
İran və Azərbaycan Respublikası arasında əməkdaşlıqlar son illər ərəzində gözə çarpacaq inkişafın şahidi olub.
İRİB-in Bakıdan verdiyi məlumata görə, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin müdiri Aydın İsmiyev 16-cı beynəlxalq turizm sərgisinin mətbuat konfransında həmçinin deyib: Dost və qonşu İran İslam Respublikası ilə əməkdaşlıqlarımız müxtəlif sahələr üzrə inkişaf etməkdədir və turizm sektorunda da son iki ildə əməkdaşlıqlar əlverişli inkişafın şahidi olub.
Azərbaycanlı diplomat asan viza metodu ilə iranlı turistlərə elektron vizanın verilməsinin iranlıların Azərbaycana səfərinin artmasının əsas amili adlandıraraq deyib: Sərhədlərdə əlverişli tədbirlər həyata keçirməklə İran vətəndaşlarının Azərbaycana quru yolla səfərini asanlaşdırmaq istəyirik.
Azərbaycanın Turizm Nazirliyinin şöbə müdiri Xəzər dənizinin də sahilyanı ölkələr xüsusiylə İran ilə Azərbaycan arasında turizmin inkişafı üçün böyük potensial olduğunu xatırladaraq deyib: Xəzəryanı ölkələrin Azərbaycana gəmi vasitəsi ilə səfərini təşkil etməyi planlaşdırırıq.
Aydın İsmiyev ötən il ərzində Azərbaycana 26 ölkədən 2 milyondan çox turistin gəldiyini xatırladaraq deyib: Bu rəqəm 2015-ci il ilə müqayisədə 7.11 faiz artımı göstərir.
Azərbaycan Respublikasında 16-cı beynəlxalq turizm sərgisi sabahdan etibarən 3 gün müddətinə keçiriləcək. Bu sərgidə 22 ölkə iştirak edir.