Təl-Əviv və Bakı arasında əlaqələrin qurulmasından 25 il ötür
-
Təl-Əviv və Bakı arasında əlaqələrin qurulmasından 25 il ötür
İsrail rejiminin baş naziri Benyamin Netanyahu Təl-Əviv və Bakı arasında əlaqələrin qurulmasının 25-ci ildönümü münasibəti ilə Azərbaycan prezidenti İlham Əliyevə ünvanladığı müraciətdə, ona təşəkkür edib.
İRİB-nin Bakıdakı ofisinin verdiyi məlumata görə, AzərTac-a istinadla verdiyi məlumata görə, Benyamin Netanyahu Azərbaycan prezidentinə ünvanladığı müraciətdə yazıb: "İsrail Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olması ilə fəxr edir. Ötən 25 il ərzində ölkələrimiz arasında yəhudi və Azərbaycan xalqlarının səmimi dostluğuna əsaslanan möhkəm münasibətlər qurulub. Dini və etnik çəkişmələrin çox olduğu bir dövrdə Azərbaycan dinlərarası və multikultural harmoniyanın nümunəsidir. Azərbaycan kimi, İsrail də qeyri-sabit regionda sabitliyin və tolerantlığın mayakıdır. Üzləşdiyimiz çətinliklərə baxmayaraq, ölkələrimiz inkişaf edən iqtisadiyyat, firavan və sülhsevən cəmiyyət qurmağa nail olublar."
Netanyahu müraciətinin davamında belə əlavə edib: “Ötən ilin dekabr ayında Bakıda mənə, həyat yoldaşıma və bütün nümayəndə heyətinə göstərdiyiniz möhtəşəm mehribanlığınızı və lütfkar qonaqpərvərliyinizi heç zaman unutmayacağam. İnanıram ki, bu səfər müxtəlif sahələrdə ikitərəfli münasibətlərimizin daha da genişlənməsinə töhfə verəcək. İmzaladığımız dörd iqtisadi saziş daha güclü əməkdaşlıq məqsədlərimizə çatmağa kömək edəcək. Sizinlə gələcək illərdə də daha yaxından işləməyə və tezliklə Sizi İsraildə qarşılamağa ümid edirik”.