"Sovetski"nin yeni layihəsində məscidlər yoxdur
https://azeri.sahartv.ir/news/azərbaycan-i265446-sovetski_nin_yeni_layihəsində_məscidlər_yoxdur
Bir neçə gündür Bakının Yasamal rayonunda yerləşən və "Sovetski" kimi tanınan ərazidəki məscidlərin sökülüb-sökülməyəcəyi məsələsi gündəmdədir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 12, 2017 08:16 Asia/Baku
  • "Sovetski"nin yeni layihəsində məscidlər yoxdur

Bir neçə gündür Bakının Yasamal rayonunda yerləşən və "Sovetski" kimi tanınan ərazidəki məscidlərin sökülüb-sökülməyəcəyi məsələsi gündəmdədir.

"FaktXəbər"-in verdiyi məlumata görə, söhbət Hacı Əbdürrəhimbəy Qulubəyov və Hacı Cavad məscidindən gedir.

Hacı Əbdürrəhimbəy məscidi fəaliyyətdə olmasa da, məscid Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən yerli əhəmiyyətli tarixi və mədəniyyət abidəsi kimi qorunur və 3607 No-li inventar kimi qeydiyyatdadır. Amma Hacı Cavad məscidi illərdir fəaliyyət göstərir və bu məscid də XIX-XX əsrlərə aid yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur, 3511 No-li inventarla qeydiyyatdadır.