Allahşükür Paşazadə "Sovetski"də iki məscidin sökülməsinə münasibət bildirib
Apr 12, 2017 08:50 Asia/Baku
-
Allahşükür Paşazadə
"Mən bir din xadimi olaraq hər hansı məscidin sökülməsinə tərəfdar deyiləm".
APA-nın xəbərinə bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə Bakının "Sovetski" ərazisində iki məscidin sökülməsinə münasibət bildirərkən deyib.
O qeyd edib ki, bu məscidlərin heç biri QMİ-də qeydiyyatdan keçməyib: "Mən heç o məscidlərin yerini belə tanımıram".
Qeyd edək ki, "Hacı Əbdülrəhimbəy Qulubəyov" məscidi artıq sökülüb, "Hacı Cavad" məscidinin isə sökülməsi nəzərdə tutulur.