Bakıda "Hacı Cavad" tarixi məscidinin dağıdılması müvəqqəti dayandırılıb
Bakıda "Hacı Cavad" tarixi məscidinin dağıdılması müvəqqəti dayandırılıb.
IRIB-nin Bakı ofisinin "Fakt-Xəbər" saytına istinadlı məlumatına görə, Bakının Yasamal rayonunun meri İbrahim Mehdiyev bu xəbəri verərək deyib ki, məscid şurası bu barədə prezidentə müraciət etməyi qərara alıb.
O, məscidin dağıdılmasının müvəqqəti dayandırıldığını bildirərək, deyib ki, yerli bələdiyyə bu məntəqədə yeni məscidin tikilməsi üçün yeni imkanlar yaratmalı və bu məqsədlə məscid şurası Qafqaz Müsəlmanları İdarəsinə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə müraciət etməlidir.
Bakının Yasamal rayonunun icra başçısı bu məscidin və onun fəaliyyətinin məscidlər siyahısında qeydə alınmadığını bildirib və deyibdir ki, bununla belə, ora dindarların ibadət məkanı olubdur.
O, köhnə binalara malik olan bu məntəqədə yolsalma layihələrinin icra olunmasına işarə edərək, deyibdir ki, bu məscidin dağıdılması da plana düşübdür və yüksək vəzifəli rəsmilər tərəfindən elan olunubdur ki, hələlik məscidin dağıdılması dayandırılsın və yeni məscidin inşası üçün məkan müəyyən edildikdən sonra məscid dağıdılsın.
"İslamın Səsi" xəbər saytı da bir reportajda bildiribdir ki, dünən gecə də Bakıda "Hacı Cavad" tarixi məscidinin dağıdılmasına qarşı çıxanlar bu məkanı tərk etməyərək, onun içərisində etikaf mərasimi keçiriblər. Onlar etiraz əlaməti olaraq məsciddə qalıblar.
Bu saytda qədim məscidlərin sökülməsinə qarşı çıxan Azərbaycan Respublikası İslam Partiyasının bəyanatı da dərc olunubdur.
Bəyanatın bir hissəsində deyilir: Bu gün hakimiyyətdə söz və əməldə ziddiyyət özünü göstərməkdədir və Azərbaycan Respublikasında bu il İslam həmrəyliyi ili elan olunsa, müsəlmanlar birliyə dəvət olunsalar və İslam Həmrəyliyi Oyunları burada keçirilsə də tarixi məscidlər də dağıdılmaqdadır.
Bəyanatda ötən bir neçə gün ərzində tarixi "Hacı Rəhim Bəy" məscidinin sökülməsinə və abadlıq işlərinin bəhanə gətirilərək, "Hacı Cavad" məsdinin uçurulmasına səy göstərilməsinə işarə edilərək, deyilir: Əgər məscidlərin sökülməsinə zərurət yaranmış olsa belə, Allahın evi sökülməməlidir.
Bəyanatın sonunda bildirilir: Biz dini təəssübkeşlər və müqəddəs İslam dəyərlərinin qoruyucuları məscidin dağıdılmasının dayandırılmasını vacib bilirik, zira məscidlər bizim mənəvi tariximiz hesab olunurlar və onların dağıdılması heç bir müsəlman üçün və Azərbaycan Respublikası üçün başıucalıq gətirməyəcək.
Maidə.az saytının məlumatına görə, Azərbaycan Respublikasının Ruhanilər Şurası da bir bəyanat yayıb. Bu şura Quranın Bəqərə surəsinin 114-cü ayəsinə istinad edərək, bildirib ki, hələ də İslamla mübarizə davam edir və müsəlman xalqın İmam Əli(ə)-ın mövludu günlərinin şənliklərinə qərq olduğu zaman son günlər məscidlərin uçurulması onu narahat etdi. Məlum deyil ki, bu məscidlərin dağılması hansı bir kəsin məkrinə kömək edir?
Ruhanilər Şurası bu hərəkəti islami dəyərələrə qarşı qəsdi-qərəzlik sayır və bir daha Allah evi kimi məscidlərin önəminə və bu müqəddəs məkanlarla layiqincə davranılmasına təkid edir.
Qeyd edək ki, Bakının Sovetski məhəlləsində yerləşən tarixi "Hacı Əbdurrəhim Bəy" məscidi bələdiyyənin abadlıq planları hüdudlarında yerləşməsi səbəbindən çərşənbə axşamı günü gecə uçurulub. Qərara alınmışdı ki, dünən tarixi "Hacı Cavad" məscidi də abadlıq planlarının genişləndirilməsi bəhanəsilə dağıdılsın, lakin dindarların bu məscidin qarşısına toplaşmaları ilə indiyədək bu məscid uçurulmayıbdır.