Azərbaycan R-dan Əfqanıstana hərbçilər göndərilib
Apr 13, 2017 10:39 Asia/Baku
Azərbaycan Respublikası özünün yeni hərbi qüvvələrini Əfqanıstana göndərib.
IRIB-nin Kabildən verdiyi məlumata görə, Azərbaycan Respublikasından olan bu qrupa 54 hərbçi daxildir. Onlar Əfqanıstanın təhlükəsizliyini təmin etmək məqsədilə bu ölkəyə ezam olunublar.
Hazırda Əfqanıstanda 90 Azərbaycan Respublikası hərbçisi iştirak edir. Azərbaycan Respublikasının hərbi qüvvələri ilk dəfə olaraq, 2002-ci ildə Əfqanıstana daxil olub və öz tapşırıqlarını yerinə yetirməyə başlayıblar. Hal-hazırda NATO-nun komandanlığı altda Əfqanıstanda 12 min xarici hərbçi yerləşibdir.