Ermənistan münaqişəli ərazilərdə hərbi təlimlərə başlayıb
-
Ermənistan münaqişəli ərazilərdə hərbi təlimlərə başlayıb
Ermənistan Azərbaycan Respublikası ilə mübaqişəli ərazilərdə hərbi təlimlər həyata keçirib.
APA-nın verdiyi məlumata görə, bu təlimlərə Ağdam şəhərində Ermənistan ordusunun xüsusi qüvvələrinin iştirakı ilə start verilib.
Ermənistan mediyaları bu hərbi təlimlərdə iştirak edən hərbçilərin sayına işarə etməyiblər.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat xidməti bir bəyanat yayaraq bu ölkə ordusunun da hərbi təlim keçirməyə hazır olduğunu bildirib.
Azərbaycan MN bu hərbi təlimdə məqsədin hərbi qüvvələrdə nəzarət və koordinasiyanın təkmilləşdirilməsi və müxtəlif silahlardan istifadənin sınaqdan keçirilməsi olduğunu bildirib.
Azərbaycanın hərbi təlimlərində 30 min hərbçi, 25 təyyarə və vertolyot, 250 tank və zirehli texnika eləcə də 200 müasir hərbi təchizatdan istifadə ediləcəyi bildirilib. Bu hərbi təlimlərin bazar günü aprelin 16-da keçiriləcəyi gözlənilir.