AGF Kuboku-2017: İlk günün nəticələri
-
AGF Kuboku-2017: İlk günün nəticələri
Azərbaycan yığma komandası ilk yarış gününü 3 qızıl, 1 gümüş və 7 bürünc medal ilə başa vuraraq, çempion olub.
İranlı yunan-roma güləşçiləri də Azərbaycan Güləş Federasiyası Kuboku-2017 yarışlarında 5 qızıl, 2 gümüş və 1 bürünc medal əldə ediblər.
İranın gənc yunan-roma güləşçiləri cümə axşamı Bakıda keçirilən AGF Kuboku-2017 yarışlarında 50, 54, 69, 85 və 100 kq çəki dərəcələrində qızıl medalın sahibi olublar.
İranlı güləşçilər həmçinn, 42 və 100 kq çəki dərəcələrində gümüş və 63 kq çəki dərəcəsində bürünc medala yiyələniblər.
İran yığması yarışların ikincisi olub.
İran yığma komandası Azərbaycan Güləş Federasiyası Kuboku-2017 yarışlarında 10 çəki dərəcəsi üzrə 12 idmançı ilə iştirak edib.
Turnirdə Azərbaycanla yanaşı, Tacikistan, Ukrayna, Özbəkistan, Latviya, Rusiya, Türkiyə, İran, Gürcüstan, Qazaxstan və Belarus pəhləvanları mübarizə aparır.
İlk yarış günündə yunan-Roma güləşi üzrə yeniyetmələr arasında 122 pəhləvan yarışıb.