Məscidin sökülməsinə etiraz edən islamçılar saxlanılıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i265636-məscidin_sökülməsinə_etiraz_edən_islamçılar_saxlanılıb
Bakıda Hacı Cavad məscidinin dağıdılmasına etiraz edən islamçıların aksiyası təhlükəsizlik qüvvələrinin hücumu ilə nəticələnib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 14, 2017 09:28 Asia/Baku
  • Məscidin sökülməsinə etiraz edən islamçılar saxlanılıb
    Məscidin sökülməsinə etiraz edən islamçılar saxlanılıb

Bakıda Hacı Cavad məscidinin dağıdılmasına etiraz edən islamçıların aksiyası təhlükəsizlik qüvvələrinin hücumu ilə nəticələnib.

İslam azəri internet portalının dünən verdiyi məlumata görə, Azərbaycan Respublikası təhlükəsizlik qüvvələri aksiyanı dağıtmaq üçün gözyaşardıcı qazdan və dəyənəkdən istifadə ediblər, nəticədə bir neçə aksiyaçı yaralanıb və həbs edilib. 

Əldə olunan məlumatlara görə, Azərbaycanın digər rayonlarında da islamçılar Hacı Cavad məscidinin dağıdılmasına qarşı etiraz aksiyalarında iştirak etməyə hazırlıqlarını bildiriblər. 

Etirazçılara görə Bakının Hacı Cavad məscidi tarixi abidə olaraq dağıdılmamalıdır. 

Öncə də Azərbaycan paytaxtında Hacı Əbdürrəhim bəy məscidi bələdiyyənin abadlıq layihələri planına daxil olduğuna görə dağıdılmışdı.