General Z.Həsənov: Azərbaycan İranla sərhədlərinin təhlükəsizliyində öhdəliklidir
https://azeri.sahartv.ir/news/azərbaycan-i265866-general_z.həsənov_azərbaycan_İranla_sərhədlərinin_təhlükəsizliyində_öhdəliklidir
Azərbaycan Respublikasının müdafiə naziri deyib: Azərbaycan İran islam Respublikası ilə sərhədlərinin təhlükəsizliyinin təmininə öhdəliklidir və bu sərhədlərin təhlükəsizliyinin pozulmasına imkan verməyəcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 16, 2017 08:18 Asia/Baku
  • General Z.Həsənov: Azərbaycan İranla sərhədlərinin təhlükəsizliyində öhdəliklidir
    General Z.Həsənov: Azərbaycan İranla sərhədlərinin təhlükəsizliyində öhdəliklidir

Azərbaycan Respublikasının müdafiə naziri deyib: Azərbaycan İran islam Respublikası ilə sərhədlərinin təhlükəsizliyinin təmininə öhdəliklidir və bu sərhədlərin təhlükəsizliyinin pozulmasına imkan verməyəcək.

General Palkovnik Zakir Həsənov bu gün Tehranda İran İslam Respublikasının müdafiə naziri General Mayor Hüseyn Dehqan ilə görüşündə İranın dost ölkə olduğunu xatırladaraq deyib: Azərbaycan İranla müdafiə əməkdaşlıqlarının genişləndirilməsində maraqlıdır və iki ölkə başçılarının son müzakirələri qarşılıqlı əməkdaşlıqların inkişafına şərait yaradıb. 

Azərbaycan Respublikasının müdafiə naziri regionda sülh, sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsinə təkid edib. 

Görüşdə İranın müdafiə naziri General Mayor Hüseyn Dehqan da İran və Azərbaycan xalqlarının dini, tarixi, mədəni və etnik ortaqlıqlarının dünyada misli az olan səviyyədə olduğunu vurğulayaraq deyib: İki ölknin dövlət başçılarının ayrı-ayrı görüşləri və siyasi, iqtisadi və mədəni sahələrdə qarşılıqlı əməkdaşlıqlar münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini göstərir. 

General Dehqan Azərbaycan-Ermənistan dağlıq qarabağ münaqişəsi barədə isə ümidvar olduğunu bildirib ki, Azərbaycan və Ermənistan bu münaqişənin dinc yolla həllinə sadiq qalacaq və əcnəbilərə bu mövzuda müdaxilə imkanı verməyəcəklər. 

Azərbaycan Respublikasının müdafiə naziri  yüksək səviyyəli müdafiə və hərbi heyətə başçılıq edərək İran İslam Respublikası rəsmiləri ilə müzakirə məqsədi ilə dünən Tehrana daxil olub.