AGF Kuboku-2017; İranlı yeniyetmələr 2 qızıl və 2 bürünc medal əldə ediblər
https://azeri.sahartv.ir/news/azərbaycan-i265878-agf_kuboku_2017_İranlı_yeniyetmələr_2_qızıl_və_2_bürünc_medal_əldə_ediblər
İranın yeniyetmələrdən ibarət sərbəst güləş üzrə yığma komandası Azərbaycan Güləş Federasiyası Kuboku - 2017 yarışlarında 2 qızıl və 2 bürünc medal əldə ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 16, 2017 10:25 Asia/Baku
  • AGF Kuboku-2017; İranlı yeniyetmələr 2 qızıl və 2 bürünc medal əldə ediblər
    AGF Kuboku-2017; İranlı yeniyetmələr 2 qızıl və 2 bürünc medal əldə ediblər

İranın yeniyetmələrdən ibarət sərbəst güləş üzrə yığma komandası Azərbaycan Güləş Federasiyası Kuboku - 2017 yarışlarında 2 qızıl və 2 bürünc medal əldə ediblər.

İRİB-nin Bakıdan verdiyi məlumata əsasən bu yarışlarda Abbas Frutən 84 kq çəki dərəcəsində və Əlirza Abdullahi 100 kq çəki dərəcəsində rəqibləri üzərində qələbə çalaraq, qızıl medala yiyələniblər. 

Məhəmməd Xudabəxşi və Əşkan Köşki müvafiq olaraq 50 və 63 kq çəki dərəcələrində bürünc medalın sahibi olublar. 

İranı yımğa komandasının baş məşqçisi Qulamrıza Məhəmmədi özü və texniki heyətinin yeniyetmələr ilə birlikdə ilk dəfə olaraq bu yarışlarda iştirak etdiyini bildirib və yarışların onda iştirak edən ölkələrin güclü olması baxımından son dərəcə yaxşı adlandırıb. 

İranın sərbəst güləş üzrə yeniyetmələrdən ibarət yığma komandası AGF Kuboku-2017 yarışlarında 9 çəki dərəcəsində 12 idmançı ilə iştirak edib. Bu yarışlarda 11 ölkədən 114 idmançı mübarizə aparıb.