Azərbaycan Silahlı Qüvvələrinin böyük hərbi manevri başlandı
Apr 16, 2017 12:00 Asia/Baku
-
Azərbaycan Silahlı Qüvvələrinin böyük hərbi manevri başlandı
Azərbaycan Silahlı Qüvvələrinin böyük hərbi manevri 30 min hərbçinin iştirakı ilə başlanıb.
İRİB-nin Bakı ofisinin verdiyi məlumata görə, Azərbaycan Müdafiə Nazirliyinin bildirdiyinə görə, bu manevrdə 250 tank və piyadanın döyüş maşını, 25 qırıcı, müxtəlif növ pilotsuz uçan aparatlar(PUA), 200 raket sistemi və ağır artilleriya bölmələri iştirak edirlər.
Azərbaycan Silahlı Qüvvələrinin müxtəlif bölmələri bu manevrdə müxtəlif coğrafi şəraitdə döyüş texnikalarını, qüvvələrin sürətli köçürülməsi əməliyyatlarını və digər təyin olunmuş proqramları həyata keçirəcək.
21 Aprelə kimi davam edəcək bu manevrin keçirildiyi ərazilərə işarə edilməyib.