Laricani: Xəzər dənizinin təhlükəsizliyi sahilyanı ölkələr tərəfindən təmin olunmalıdır
İran İslam Şurası Məclisinin sədri deyib: Xəzər dənizinin təhlükəsizliyi sahilyanı ölkələr tərəfindən təmin olunmalıdır və başqa ölkələrin bu dənizdə müdaxiləsinin tərifi yoxdur.
İRİB-in məlumatına görə, İran parlamentinin sədri Əli Laricani bazar ertəsi günü Tehranda Azərbaycan Respublikası müdafiə naziri Zakir Həsənovla görüşüb: Xəzər dənizi sülh dənizidir, iqtisadi məqsədlər üçündür və başqa ölkələrin bu bölgəyə girişi məsələlər yaradacaq.
Laricani İran və Azərbaycanın iqtisadiyyat və turizm sektorundakı müsbət əməkdaşlıqlarına toxunub: Hərbi və müdafiə əməkdaşlıqlarının yüksəldilməsi istiqamətində iki ölkə arasında müştərək komissiyanın təşkilinin təklif olunması ilə razıdır.
Terrorizmi regionun əsas məsələsi adlandıran Laricaninin sözlərinə görə, regionun bütün ölkələri və islam ölkələrinin əməkdaşlığı və onların birliyi bu nəhs fenomenlə mübarizə üçün vacibdir.
İran parlamentinin sədri xatırladıb: İslam düşmənlərinin məqsədi anti-islam qüvvələri artırmaq və dünyada islamofobiyanı yaratmaqdır. Və bu istiqamətdə terror qruplaşmalarına kömək edirlər.
İranın qanunvericilik orqanının rəhbəri ümidvarlıq edib ki, Azərbaycan və Ermənistan arasında gərginlik tezliklə sona çatacaq və ölkələrin ərazi bütövlüyü qorunacaq.
Azərbaycan Respublikası müdafiə naziri Zakir Həsənov da bu görüşdə iki ölkənin müsbət siyasi və iqtisadi əlaqələrinə toxunub: Tehran-Bakı arasında hərbi əlaqələr və digər sektorlarda əlaqələr səviyyəsi yüksəlməlidir.
Azərbaycan Respublikası müdafiə naziri həmçinin terrorizm məsələsinə də münasibət bildirib: İslam və terrorizmi heç vaxt bir-birinin yanında qoymaq olmaz.
Azərbaycan müdafiə naziri 15 apreldə yüksək səviyyəli hərbi və müdafiə heyətinin müşayiəti ilə İran İslam Respublikası rəsmiləri ilə görüşərək danışıqlar aparmaq məqsədilə Tehrana gəlib.