ATƏT Parlament Assambleyasının sədri Azərbaycana səfər edəcək
Apr 18, 2017 08:44 Asia/Baku
-
ATƏT Parlament Assambleyasının sədri Azərbaycana səfər edəcək
"ATƏT Parlament Assambleyasının sədri Kristina Muttonen Azərbaycana rəsmi səfər dəvətini qəbul edib.
"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ATƏT PA-nın sədr müavini, deputat Azay Quliyev deyib.
O əlavə edib ki, yaxın zamanlarda dəvəti bir daha rəsmi formada qarşı tərəfə çatdıracaqlar: Doğrudur, ATƏT PA-nın bütün sədrləri Azərbaycana səfər edib. Ümid edirəm ki, Kristina Muttonen də yaxın aylarda Azərbaycana səfər edəcək".
A.Quliyev xatırladıb ki, ötən ay Milli Məclis sədri Oqtay Əsədov Sankt-Peterburqda K.Muttonenlə görüşüb və əlaqələrin yaxşılaşdırılması məsələsini müzakirə edib.
ATƏT PA-nın sədr müavini bildirib ki, Sankt-Peterburqdakı görüşdə müzakirə olunan məsələlər hər iki tərəfləri maraqlara cavab verir.