Azərbaycan İranla turizm əlaqələrini genişləndirməkdə maraqlıdır
-
Azərbaycan İranla turizm əlaqələrini genişləndirməkdə maraqlıdır
Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin müavini deyib: İran ilə Azərbaycan Respublikası arasında dini və mədəni ortaqlıqlar qarşılıqlı turizm potensiallarının inkişafı üçün fürsət yaradır.
Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin müavini Adil Əliyev bu gün Təbrizdə şərqi Azərbaycan ostanının icra başçısı İsmayıl Cəbarzadə ilə görüşündə deyib: Azərbaycan Xalqı təbrizlilərlə bütün sahələrdə dərin dini, mədəni, tarixi və dil bağlılığına malikdir və Azərbaycan xalqının böyük əksəriyyəti Təbrizə səfər etməyə maraqlıdır.
Adil Əliyev 2017-ci il 3-9 iyun Tehran və İsfahanda Azərbaycan mədəniyyət günlərinin keçiriləcəyindən xəbər verib və Azərbaycanın mədəniyyət xadimləri və sənətçilərinin Təbriz-2018 proqramlarını icra etməyə hazır olduqlarını bildirib.
Şərqi Azərbaycan istanının icra başçısı İsmayıl Cəbbarzadə də İranın Azərbaycan Respublikası ilə əlaqələrinin inkişafı qarşısında heç bir maneənin olmadığını bildirərək deyib: 2018-ci ildə Təbrizin müsəlman ölkələrin turizm paytaxtı seçilməsi iki ölkə arasında mədəniyyət və sənət sahəsindəki münasibətərin genişləndirilməsinə əlverişli fürsət yaradır.
Şərqi Azərbaycan ostanının icra başçısı deyib: İki ölkə rəhbərləri qarşılıqlı əlaqələrin inkişafında əzmkardır və icra başçıları da bu iradəni müxtəlif sahələrdə həyata keçirməlidirlər.
Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin müavini Adil Əliyev İranla mədəniyyət və turizm sahələrində əlaqələrin genişləndirilməsi məqsədi ilə İranda səfərdədir.