Rusiyadan Azərbaycana müasir silah və hərbi texnikanın yeni partiyası gətirilib
https://azeri.sahartv.ir/news/azərbaycan-i267202-rusiyadan_azərbaycana_müasir_silah_və_hərbi_texnikanın_yeni_partiyası_gətirilib
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında imzalanmış hərbi-texniki əməkdaşlıq müqaviləsinə əsasən Rusiyadan Azərbaycana silah-sursat və müxtəlif təyinatlı müasir hərbi texnikanın növbəti partiyası gətirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 27, 2017 07:37 Asia/Baku
  • Rusiyadan Azərbaycana hərbi texnika gətirilib
    Rusiyadan Azərbaycana hərbi texnika gətirilib

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında imzalanmış hərbi-texniki əməkdaşlıq müqaviləsinə əsasən Rusiyadan Azərbaycana silah-sursat və müxtəlif təyinatlı müasir hərbi texnikanın növbəti partiyası gətirilib.

APA-nın məlumatına görə, gəmilər vasitəsilə Bakıya çatdırılan hərbi təyinatlı yeni məhsullar ekspertlərin iştirakı ilə təhvil alınaraq, aidiyyəti

hərbi hissələrə veriləcək.

Yeni silah və hərbi texnikanın tətbiqi üzrə mütəxəssislərin hazırlığı rusiyalı təlimatçılar tərəfindən həyata keçiriləcək.