Əli Əhmədov: "İqtisadiyyat 3,5 dəfə artıb"
Apr 27, 2017 07:51 Asia/Baku
-
Əli Əhmədov
Son 10 il ərzində Azərbaycan iqtisadiyyatı 3,5 dəfə artıb. Bunu bu gün tikinti sektoru nümayəndələri ilə görüşdə Baş nazirin müavini Əli Əhmədov deyib.
Ə.Əhmədov bildirib ki, bu dövr ərzində Azərbaycanda ölkə başçısının təşəbbüsü ilə 1,5 milyon iş yeri yaradılıb.
Onun sözlərinə görə, Azərbaycanda tikinti sektoru neft sektorundan sonra ikinci sahədir ki, bura daha çöx investisiya qoyulub.
Hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini bildirib: "2016-cı ildə ölkə iqtisadiyyatına yatırılmış 15 milyard manat investisiyanın 11,4 milyard manatı tikinti sektoruna yönəldilib, 13 min mənzil tikilib ".