Elmar Məmmədyarov Moskva görüşünün təfərrüatını açıqlamadı
Apr 29, 2017 04:20 Asia/Baku
-
Elmar Məmmədyarov
"Rusiya-Azərbaycan-Ermənistan xarici işlər nazirlərinin görüşündə prezidentlərin görüşü müzakirə olunmayıb".
Bunu APA-ya açıqlamasında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Azərbaycan və Ermənistan prezidentlərinin görüşü bu Moskvada keçirilən görüşdə müzakirə olunmayıb: "Prezidentlər görüşməyə özləri qərar verməlidirlər".
Nazirlərin Moskva görüşünün necə qiymətləndirilməsi ilə bağlı suala isə E. Məmmədyarov bu barədə məlumatın artıq ümumi bəyanatda əks olunduğunu bildirib:" Üçtərəfli görüşün nəticələri barədə biz nazirlər dövlət başçılarına məruzə edəcəyik".