Azərbaycanda yaşayan iranlılar seçkilərdə iştirak edə biləcəklər
https://azeri.sahartv.ir/news/azərbaycan-i267572-azərbaycanda_yaşayan_iranlılar_seçkilərdə_iştirak_edə_biləcəklər
Azərbaycan Respublikasında yaşayan İran vətəndaşları İran Prezident Seçkilərində iştirak edə biləcəklər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 30, 2017 09:33 Asia/Baku
  • Azərbaycanda yaşayan iranlılar seçkilərdə iştirak edə biləcəklər
    Azərbaycanda yaşayan iranlılar seçkilərdə iştirak edə biləcəklər

Azərbaycan Respublikasında yaşayan İran vətəndaşları İran Prezident Seçkilərində iştirak edə biləcəklər.

Trend-in verdiyi məlumata görə, İran İslam Respublikasının Bakıdakı səfirliyi bildirib ki, Azərbaycanda yaşayan İran vətəndaşları görülən tədbirlər sayəsində 19 may tarixində İran prezident seçkilərində dəstəklədikləri namizədə səs vermək imkanı əldə edəcəklər.

Azərbaycanda keçiriləcək 4-cü İslam Həmrəylik Oyunlarının  İranda prezident seçkiləri ilə bir vaxta təsadüf etməsini nəzərə alaraq, Azərbaycanda olacaq iranlı idmançılar və turistlər üçün prezident seçkilərində iştiraka şərait yaradılıb.