Mübariz Qurbanlı: Azərbaycan vətəndaşları arasında terrorçulara qoşulanı yoxdur
-
Mübariz Qurbanlı: Azərbaycan vətəndaşları arasında terrorçulara qoşulanı yoxdur
Azərbaycan Respublikası Dini Qrumlarla İş üzrə Dini Komitənin sədri indiyə kimi bu ölkə vətəndaşlarından terrorçu qruplaşmalara qoşulan olmadığını deyib.
Trend-in verdiyi məlumata görə, Mübariz Qurbanlı Azərbacyan Dini Qrumlarla İş üzrə Dövlət Komitəsinin bu ölkə gənclərinə olan xəbərdarlığına işarə edərək, deyib: İndiyə kimi heç bir Azərbaycan vətəndaşı təkfirçi qruplara qoşulmayıb.
Mübariz Qurbanlının bu iddiasına rəğmən ötən illər ərzində Azərbaycanda rəsmi dairələr bu ölkə vətəndaşlarının Suriyada təkfirçi qruplaşmalara qoşulması barədə dəfələrlə məlumat yayıblar.
Suriyada başlanan müharibənin əvvəllərindən onlarla Azərbaycan vətəndaşı vəhhabilərin təbliğatlarına aldanaraq, təkfirçi qruplaşmalara qoşulub. Və indiyə kimi onlardan bir neçəsi Suriyada gedən döyüşlərdə ölüb.