İslamiad yarışlarına sayılı günlər qaldı
https://azeri.sahartv.ir/news/azərbaycan-i268598-İslamiad_yarışlarına_sayılı_günlər_qaldı
Azərbaycan Respublikası müsəlman ölkələrin 4-cü həmrəhlik yarışlarına ev sahibliyi etmək üçün tam hazırdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 09, 2017 08:28 Asia/Baku
  • İslamiad yarışlarına sayılı günlər qaldı
    İslamiad yarışlarına sayılı günlər qaldı

Azərbaycan Respublikası müsəlman ölkələrin 4-cü həmrəhlik yarışlarına ev sahibliyi etmək üçün tam hazırdır.

Bu barədə İRİB-in Bakı ofisi məlumat verib. 

57 müsəlman ölkənin iştirak edəcəyi islami həmrəylik oyunları mayın 12-22-də 20 idman növündə keçiriləcək. 

Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov ölkəsinin islam həmrəyliyi yarışlarının keçirilməsi üçün tam hazır olduğunu bildirərək deyib: Bu yarışlarda 4 minə yaxın icmançı iştirak edəcək və bu məqsədlə 22 idman zalı nəzərdə tutulub, bunlardan on altısı idmançıların rəqabətləri, altısı isə başqa ehtiyaclar üçün hazır vəziyyətdədir. 

Azad Rəhimov deyib: 57 ölkədən gələn bütün idmançılar idman qəsəbəsində yerləşdiriləcək və onlara yüksək səviyyədə xidmət şəraiti təmin olunub. Eyni zamanda idmançılar üçün namazxanalar da nəzərdə tutulub və yeməklərin halal olmasına tam nəzarət ediləcək.