Azərbaycan R. və Ermənistan hərbçilərinin əməkdaşlığının ifşasında "Mossad"ın rolu təkzib edilib
https://azeri.sahartv.ir/news/azərbaycan-i268808-azərbaycan_r._və_ermənistan_hərbçilərinin_əməkdaşlığının_ifşasında_mossad_ın_rolu_təkzib_edilib
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bu respublikanın hərbçiləri və mülkilərindən bir qrupunun Ermənistanın təhlükəsizlik xidmətlərilə məxfi əməkdaşlığının ifşasında "Mossad"ın hər cür rolunu təkzib edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 11, 2017 04:42 Asia/Baku
  • Azərbaycan R. və Ermənistan hərbçilərinin əməkdaşlığının ifşasında

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bu respublikanın hərbçiləri və mülkilərindən bir qrupunun Ermənistanın təhlükəsizlik xidmətlərilə məxfi əməkdaşlığının ifşasında "Mossad"ın hər cür rolunu təkzib edib.

IRIB-nin məlumatına görə, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bəzi mediaların bu respublikanın hərbçiləri və mülkilərindən bir qrupunun Ermənistanın təhlükəsizlik xidmətlərilə məxfi əməkdaşlığının ifşasında "Mossad"ın rolunun olmasına dair məlumatlarına reaksiyada bildiribdir ki, Mossad bu sahədə heç bir rol oynamayıbdır.

Azərbaycan Respublikasının müdafiə nazirliyi, dövlət təhlükəsizlik xidmətləri, baş prokurorluğu və daxili işlər nazirliyi bir neçə gün bundan öncə müştərək bir məlumat yayaraq, bu respublikanın hərbçiləri və mülkilərindən bir qrupunun Ermənistanın təhlükəsizlik xidmətlərilə məxfi əməkdaşlıq etməsinə görə, həbs olunmasından xəbər vermişdilər.