Sionist rejimin hərəkəti pislənilib
https://azeri.sahartv.ir/news/azərbaycan-i268878-sionist_rejimin_hərəkəti_pislənilib
İslam ölkələrinin idman federasiyası sionist rejimin fələstinli idmançıların 4-cü İslamiadada iştirak etmələrini əngəlləməsini pisləyibdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 11, 2017 14:55 Asia/Baku
  • Sionist rejimin hərəkəti pislənilib

İslam ölkələrinin idman federasiyası sionist rejimin fələstinli idmançıların 4-cü İslamiadada iştirak etmələrini əngəlləməsini pisləyibdir.

IRIB-nin məlumatına görə, bu gün günortadan sonra bu yarışların keçirilməsi ərəfəsində İslam ölkələrinin idman federasiyası baş katibinin, həmçinin Azərbaycan Respublikası idman nazirinin iştirakı ilə keçirilən bu mətbuat konfransında İslam ölkələrinin idman federasiyasının baş katibi Feysəl Əbduləziz Əlnasir fələstinli müxbirin sionist rejimin Qəzzə zolağındakı fələstinli idmançıların 4-cü İslamiadada iştirak etmələrini əngəlləməsi barədəki sualının cavabında deyib: İsrail rejiminin fələstinli idmançılar üçün sabotajı qəbuledilməzdir.

O, əlavə edib: İslam ölkələrinin idman federasiyası bu məsələdə daim Fələstin Olimpiya Komitəsinin kənarında olub və sionist rejimin bu hərəkəti islam ölkələrinin nigarançılığına səbəb olur.

Feysəl Əbduləziz Əlnasir deyib: Biz bu cür hərəkətləri pisləyirik və Fələstin Olimpiya Komitəsini dəstəkləyərək, bu sahədəki mövqeyimizi daim bəyan etmişik.

Azərbaycan Respublikası idman naziri Azad Rəhimov da bu mətbuat konfransında bu yarışlarda 54 ölkənin idmançılarının iştirak edəcəklərini bildirib və deyib ki, yarışlarda üç min idmançı rəqabət aparacaq və Bakının bütün idman kompleksləri yarışları keçirməyə hazırdır.

O, bu yarışların önəmini vurğulayaraq, bildirib: Bu oyunların mesajı budur ki, İslam sülh, dostluq və mehribanlıq dinidir.