Bakıda IV İslam Həmrəyliyi Oyunları başlanıb
Dünən gecə Bakıda İran İslam Respublikası daxil olmaqla 54 islam ölkəsinin idman nümayəndələrinin iştirakı ilə IV İslam Həmrəyliyi Oyunları açılıb.
İran İslam Respublikası IV İslam Həmrəyliyi Oyunlarında 19 növdə 159 idmançı ilə iştirak edir.
IV İslam Həmrəyliyi Oyunlarında iştirak edən komandaların paradında İranın atıcılıq üzrə nümayəndəsi Məhluqə Cambozorg İran İslam Respublikası yığmasının önündə gedibdir.
Sülh, vəhdət, birlik və hörmət İslam Həmrəyliyi Oyunlarının simvolları olaraq, hazırkı yarışların medallarının üzərində həkk edilibdir.
IV İslam Həmrəyliyi Oyunlarında 54 islam ölkəsinin nümayəndələri 22 idman növündə yarışacaqlar.
İran İslam Respublikası İndoneziyada keçirilən 3-cü İslam Həmrəyliyi Oyunlarında 87 idmançı ilə altı növdə yarışaraq, 30 qızıl, 17 gümüş və 11 bürünc medal qazanmışdı.